9 avqust 2015 13:45
Panatinaikosun baş məşqçisi Qəbələdən danışdı
Yunanıstanın "Panatinaikos" klubunun baş məşqçisi Yannis Anastasiu Avropa Liqasının pley-off mərhələsində "Qəbələ"yə rəqib olmalarından danışıb. Azerisport.az xəbər verir ki, o, klub saytına açıqlamasında bunları söyləyib:
"Bilirəm ki, Azərbaycan futbolu inkişafdadır. Amma rəqibimiz barədə tam dolğun məlumatımız yoxdur. Onların keçirdiyi əvvəlki oyunların videoyazısına baxacağıq. Bu, bizə "Qəbələ"nin oyununu öyrənməyə kömək edəcək".
