9 avqust 2015 12:45
Millimiz Moldova yığmasına da qalib gəldi, sırada İngiltərədi
Macarıstanın Siofok şəhərində təşkil olunmuş Avropa Çimərlik Futbol Liqasının seçmə mərhələsində Azərbaycan milli komandası növbəti qələbəsini qazanıb. Azerisport.az xəbər verir ki, millimiz Moldova yığmasını 4:0 hesabı ilə məğlub edib.
Ramil Əliyevin dubl etdiyi oyunda hərəyə bir dəfə Sabir Allahquliyev və Amid Nəzərov fərqlənib.
Xatırladaq ki, futbolçularımız turnirdə avqustun 7-də keçirdiyi ilk oyunda Rumıniya yığmasına 6:2 hesabı ilə qalib gəlmişdi.
Millimizin turnirdəki növbəti rəqibi İngiltərə yığmasıdır. Bu gün - avqustun 9-da keçiriləcək Azərbaycan – İngiltərə oyunu Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.
