9 avqust 2015 12:30
Nazarovun komandası kubok mübarizəsini erkən dayandırdı
Almaniya Kubokunda birinci mərhələnin oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun komandası - "Karlsrue" də növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Roytlinger"lə qarşılaşıb. Matç futbolçumuzun komandasının 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Nəticədə, "Karlsrue" startdaca mübarizəni dayandırıb.
Qeyd edək ki, Nazarov bu qarşılaşmaya start heyətdə başlayıb. Amma 14-cü dəqiqədə əvəzlənib.
