9 avqust 2015 12:00

Yunis Hüseynov: Bu, bizim işimizi çətinləşdirdi

"Xəzər Lənkəran"ın baş məşqçisi Yunis Hüseynovun azerisport.az saytına müsahibəsi

- Yeni mövsümə hazırlıqdan razı qaldınız?
- Demək olar ki, komandadan razıyam. Əsas hazırlıq mərhələsini Türkiyədə keçirdik. Hər şeyin yüksək səviyyədə alındığını deyə bilərəm. Futbolçuların özləri də razı qaldılar. Problem hiss etmədik. Amma bizi bərk məyus edən məqamlar da var.

- Yəqin ki, FİFA tərəfindən qoyulan transfer qadağasını nəzərdə tutursunuz. Bu, sizin planlarınıza çox mane olur?
- Biz ən yaxşısına, yəni cəzanın ləğvinə ümid edirdik. Amma ümidlərimiz doğrulmadı. Bu üzdən də bizə çox çətin olacaq.

- Hər halda bu çətinliyi sadəcə, ilk üç turda hiss edəcəksiniz...
- Heç ondan sonra da asan olmayacaq. Çünki həmin vaxta qədər yeni transferlərimizin oyun təcrübəsi baxımından əziyyət çəkməsi işimizi çətinləşdirəcək. Amma hər şeyə rəğmən, gənclər də daxil olmaqla, bütün futbolçularımıza inanırıq.

- Yəqin ki, belə vəziyyətdə ilk üç turda ciddi uğurlar qazanacağınıza ümidli deyilsiniz...
- Təbii ki, bu, nəticələrimizə təsir edə bilər. Amma çempionatın startına vacib xallar itirməyimizi istəməzdim.

- Yeni mövsüm üçün hədəfiniz nədən ibarətdir?
- Əsas məqsəd avrokuboklara vəsiqə qazanmaqdır. Bunun üçün isə mövsümə yaxşı start vermək lazımdır. Gənc oyunçularla söhbət edirəm. Ümid edirəm ki, onlar bizi məyus etməzlər.

- İlk rəqibiniz "İnter"də sizdəki problemlər yoxdur. Əksinə, onlar avrokuboklarda altı rəsmi oyun keçiriblər...
- Bəli, bu baxımdan onlar müəyyən üstünlüyə malikdirlər. Kifayət qədər təcrübəli futbolçuları var. Onları iş başında da görmüşəm. Amma hər şeyə rəğmən, meydana yalnız bir istəklə çıxacağıq - qalib gəlmək üçün. Gənclərimizə inanıram.

- Son illərdə azarkeşlərin stadiona gəlişində azalma gedir. Bu mövsüm ən azı komandanızın fanatlarını stadiona gətirə biləcəksiniz?
- Azarkeşlər oyuna ancaq baxımlıq futbol və yaxşı nəticə olanda gəlirlər. Əgər bunlara nail ola bilsək, azarkeşlərimiz də stadionlara qayıdarlar.

- "Qarabağ"la "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsinə düşmək şanslarını necə qiymətləndirirsiniz?
- Hər iki klubumuz İsveçrə "Yanq Boyz"u ilə Yunanıstan "Panatinaikos"unu keçəcək gücdədir. Baxmayaraq ki, rəqiblər çox səviyyəli komandalardır. Avrokuboklardakı təmsilçilərimizə uğurlar arzulayıram. Onları bu turnirin qrup mərhələsində gözləyirik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.