9 avqust 2015 22:55

XL İnterə, Zirə AZAL-a qalib gəldi, Neftçi Kəpəzlə sülh bağladı

Bu gün Topaz Premyer Liqasında 2015/16 mövsümü start götürüb. Azerisport.az xəbər verir ki, mövsümün açılış turunun ilk oyun günündə üç görüş baş tutub.

Uzun fasilədən sonra yenidən Azərbaycan çempionatının elitasına qayıdan ən titullu klubumuz "Kəpəz" ilk turda əzəli rəqibi, Premyer Liqamızın bütün dövrlərinin daimi iştirakçısı "Neftçi" ilə üz-üzə gəlib. Maraqlı idman mübarizəsi şəraitində keçən qarşılaşmada qapılara qol vurmaq mümkün olmayıb.

Premyer Liqanın debütantı - “Zirə” də ilk oyun günündə meydana çıxıb. Bu klub öz meydanında digər paytaxt təmsilçisi AZAL-la üz-üzə gəlib. Meydan sahibləri rəqibi elə onun sabiq futbolçusu - Viktor İqbekoyinin vurduğu yeganə qolla məğlub edib.

İlk oyun gününün daha bir görüşü “Xəzər Lənkəran”la “İnter” arasında baş tutub. Cənub klubu məlum səbəblərdən yeni transferlərinin xidmətindən yararlana bilməsə də, bu qarşılaşmada inamlı qələbəyə sevinib.

Topaz Premyer Liqası
1-ci tur

9 avqust (bazar)

"Neftçi” - “Kəpəz” - 0:0 (0:0)
Qırmızı vərəqə: Ş.Əliyev, 70.
Hakimlər: Fariz Yusifov, Nahid Əliyev, Knyaz Əmiraslanov, Ziya Nəsirov.
Bakı. “Bakcell Arena”.

“Neftçi”: 1. Aqil Məmmədov, 5. Xuan Alberto, 6. Aylton Silva, 7. Araz Abdullayev (k), 11. Ruslan Qurbanov, 15. Erik Ramos, 17. Rəhman Hacıyev, 18. Kaue da Silva, 21. Samir Məsimov, 26. Kamal Qurbanov, 95. Elvin Bədəlov.
Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 4. Rahil Məmmədov, 8. Elşən Abdullayev, 14. Məhəmməd Qurbanov, 19. Fəhmin Muradbəyli, 22. Mirabdulla Abbasov, 27. Məqsəd İsayev.
Baş məşqçi: Samir Əliyev.
“Kəpəz”: 88. Tadas Simaitis, 18. Tural Axundov (k), 3. Tərlan Quliyev, 25. Şəhriyar Əliyev, 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 8. Budaq Nəsirov, 7. Junior Martins, 10. Junior da Silva, 80. Tural Rzayev, 19. Aleksandr Sıtnik.
Ehtiyat oyunçular: 1.Eyyub Əliyev, 23. Tural Nərimanov, 4. Elvin Cəbrayıllı, 6. Ceyhun Cavadov, 27. Bəxtiyar Soltanov, 9. Murad Ağakişiyev, 15. Azad Kərimov.
Baş məşqçi: Şahin Diniyev.

“Zirə” – AZAL - 1:0 (1:0)
Qol: V.İqbekoyi, 6 (1:0).
Hakimlər: Orxan Məmmədov, Mehman Mahmudov, Mübariz Haşımov, Xəlil Xəlilov.
Zirə Olimpiya İdman Kompleksinin stadionu.

“Zirə”: 1. Anar Nəzirov, 5. Adil Nağıyev, 37. Yovan Krneta, 39. Sadiq Quliyev, 13. Aleksandr Şemonayev, 32. Luis Alberto, 10. İqor İvanoviç, 27. Rəşad Abdullayev (k), 28. Təmkin Xəlilzadə, 7. Rihayro, 11. Viktor İqbekoyi.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 4. Ruslan Cəfərov, 6. Hacı Əhmədov, 8. Tərzin Cahangirov, 14. Tellur Mütəllimov, 17. Nicat Qurbanov, 38. İlkin Muradov.
Baş məşqçi: Adil Şükürov.
AZAL: 16. Stanislav Namaşko, 3. Tural Hümbətov, 4. Qvanzan Maqomedov, 5. Kamil Hüseynov, 6. Tagim Novruzov, 7. Tərlan Xəlilov, 8. Seymur Əsədov (k), 10. Nuqzar Kvirtiya, 19. Məhəmməd Bədəlbəyli, 21. Murad Səttarlı, 24. Emin Cəfərquliyev.
Ehtiyat oyunçular: 95. Polad Mirzəzadə, 14. İlqar Ələkbərov, 17. Elmin Çobanov, 9. Aydın Qasımov, 20. İsmayıl İbrahimli, 22. Kamal Mirzəyev, 28. Müşfiq Teymurov.
Baş məşqçi: Tərlan Əhmədov.

“Xəzər Lənkəran” – “İnter” - 2:0 (2:0)
Qollar: E.Cəfərov, 7 (1:0). R.Əmirquliyev, 31 (2:0).
Hakimlər: Rəhim Həsənov, Vaqif Musayev, Namiq Hüseynov, Ramil Diniyev.
“Xəzər Lənkəran” mərkəzi stadionu.

“Xəzər Lənkəran”: 1. Orxan Sadıqlı, 3. Rasim Ramaldanov, 8. Elşən Rzazadə, 11. Kazım Kazımlı, 12. İlyas Səfərzadə, 14. Rahid Əmirquliyev (k), 18. Tural Cəlilov, 9. Orxan Əliyev, 27. Adrian Skarlatake, 97. Elnur Cəfərov, 99. Mahsum Qəmbərli.
Ehtiyat oyunçular: 25. Tərlan Qasımzadə, 5. Fərid Əsədov, 16. İbrahim Qədirzadə, 32. Zaman Mirzəzadə, 42. Kamran Abdullazadə, 72. Elvin Mirzəyev, 96. Anar Babazadə.
Baş məşqçi: Yunis Hüseynov.
“İnter”: 25. Səlahət Ağayev (k), 4. Laşa Kasradze, 5. Denis Silva, 7. Nika Kvekveskiri, 8. Nizami Hacıyev, 11. Rauf Əliyev, 14. Zurab Xizanişvili, 19. Mirhüseyn Seyidov, 22. İlkin Qırtımov, 23. Dieqo Martins, 24. Fuad Bayramov.
Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 3. Xuan Fransisko, 10. Elnur Abdullayev, 15. Stepan Polyak, 17. Mirsahib Abbasov, 18. Mənsur Nəhavəndi, 20. Yuri Fomenko.
Baş məşqçi: Zaur Svanadze.

Turun qalan iki oyunu sabah keçiriləcək: 21:00. “Rəvan” – “Sumqayıt”, 21:00. “Qəbələ” – “Qarabağ”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.