9 avqust 2015 00:25
Rəşad Eyyubov: Maliyyə problemlərinə baxmayaraq, İnter yenə güclüdür
"Xəzər Lənkəran"ın yarımmüdafiəçisi Rəşad Eyyubov Topaz Premyer Liqasının ilk turunda "İnter"ə qarşı oyundan danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bakılılar heyətə xeyli yaxşı futbolçu cəlb ediblər. Onların Avropa Liqasındakı çıxışı da göstərir ki, maliyyə problemlərinə baxmayaraq, "İnter" yenə də güclü komandadır. Bizim üçün heç də asan oyun olmayacaq. Amma mövsümə qələbə ilə başlamaq vacibdir. "Xəzər Lənkəran" meydana üç xal üçün çıxacaq".
