8 avqust 2015 19:00
Melvin Platye Fransa klubu ilə müqavilə bağladı
"Neftçi"nin sabiq hücumçusu Melvin Platye özünə yeni klub tapıb. Azerisport.az xəbər verir ki, hollandiyalı futbolçu bundan sonra Fransanın ikinci liqasında çıxış edəcək.
Belə ki, o, bu ölkənin "Brest" klubu ilə müqavilə imzalayıb.
Qeyd edək ki, Platye son mövsümü Hollandiyanın "Venlo" klubunda keçirmişdi.
