8 avqust 2015 18:00
Zaur Svanadze: Yeni mövsümə uğurlu başlamaq istəyirik
"İnter"in baş məşqçisi Zaur Svanadze Topaz Premyer Liqasının 1-ci turu çərçivəsində "Xəzər Lənkəran"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bizim Avropa Liqası çərçivəsində İspaniya "Atletik"inə qarşı cavab oyunundan sonra bərpa prosesi üçün çox az vaxtımız oldu. Daha iki gün keçsəydi, özümüzü daha yaxşı hiss edərdik. Amma indiki halda da başqa çıxış yolumuz yoxdur. Oynamaq lazımdır. Üç xal üçün mübarizə aparacağıq. Asan olmayacaq. Lakin biz Topaz Premyer Liqasının yeni mövsümünə uğurlu start vermək istəyirik".
