8 avqust 2015 17:45
Elvin Məmmədov: Şanslar bərabərdir
"Qarabağ"ın yarımmüdafiəçisi Elvin Məmmədov Avropa Liqasının pley-off mərhələsində İsveçrənin "Yanq Boyz" klubu ilə düşmələrinə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bizə güclü rəqib düşüb. Bu komanda demək olar ki, hər il Avropa Liqasında çıxış edir. Bizi ağır oyunlar gözləyir. Amma komandaların şansları bərabərdir. Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmaq, azarkeşlərimizi sevindirmək istəyirik. Allah eləsin ki, iki oyunun nəticəsinə görə sevinən tərəf biz olaq".
