8 avqust 2015 17:15
Aqil Məmmədov: Fikrimcə, yeni mövsüm bizim üçün uğurlu alınacaq
"Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov Topaz Premyer Liqasının 1-ci turunda "Rəvan"a qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"İlk oyunlar həmişə çətin olur. İlk rəqibimiz "Rəvan"dır. Amma bu komanda barədə çox az məlumatımız var. Buna baxmayaraq, yeni mövsümün başlamasına sevinirik. Çempionata mütləq qələbə ilə başlamaq istəyirik. Müəyyən mənada heyətin komplektləşməsindən razıyam. Fikrimcə, yeni mövsüm bizim üçün uğurlu alınacaq".
