8 avqust 2015 17:00

Qarabağın rəqibi baş məşqçisiz qaldı

Avropa Liqasının pley-off mərhələsində Azərbaycan çempionu "Qarabağ"ın rəqibi olan "Yanq Boyz"un baş məşqçisi istefaya göndərilib. Azerisport.az xəbər verir ki, İsveçrə klubu baş məşqçi Ulrix Forteylə yollarını ayırmağa qərar verib.

Bu barədə klub saytı məlumat yayıb. Məlumatda bildirilir ki, rəhbərlik klubun cari mövsümdəki çıxışını diqqətlə analiz etdikdən sonra komandada "yeni nəfəs"ə ehtiyac duyulduğu qənaətinə gəlib. "Yanq Boyz"un İsveçrə çempionatının ilk üç turunda qələbə qazana bilməməsi (hər üç oyunda heç-heçə), Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Fransanın "Monako" klubuna qarşı oyunlarda komandanın uğursuz çıxışı (1:3, 0:4) baş məşqçi istefasını şərtləndirib. Hansı ki, məhz fransızlara məğlubiyyətdən sonra "Yanq Boys" Avroliqaya düşərək, "Qarabağ"a rəqib olub.

Ağdam klubunun rəqibini müvəqqəti olaraq, bunadək Fortenin köməkçisi vəzifəsində çalışmış Harald Qamperle çalışdıracaq. Amma güman ki, tezliklə İsveçrə klubuna yeni baş məşqçi təyin olunacaq.

Qeyd edək ki, "Qarabağ"la "Yanq Boys" arasındakı ilk oyun avqustun 20-də Berndə, cavab görüşü isə ayın 27-də Bakıda keçiriləcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.