8 avqust 2015 16:45
Balayevlə Nazarov Almaniya Kubokuna start verir
Bu gün Almaniya Kubokunda ilk mərhələnin oyunları keçirilir. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun komandası - "Karlsrue", həmçinin millimizin qapıçısı Emil Balayevin çıxış etdiyi Frankfurt "Ayntraxt"ı da ilk sınağına çıxır.
Sözügedən komandaların hər ikisi ilk oyunu səfərdə keçirəcək. Balayevin komandası "Bremer"lə üz-üzə gələcək. Nazarovun klubu isə "Roytlingen"lə qarşılaşacaq.
