8 avqust 2015 14:20
Eddi İsrafilov zədəyə görə Eybara kömək edə bilmədi
İspaniyanın "Eybar" klubu yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası "Tenerife" ilə qarşılaşıb.
Matç 1:1 hesabıyla başa çatıb. "Eybar" bu oyunda Eddinin xidmətindən yararlana bilməyib. Belə ki, onun kiçik zədəsi olduğundan, məşqçilər korpusu yeni mövsümün startı ərəfəsində risq etmək istəməyiblər.
