8 avqust 2015 12:30
Azərbaycan millisinin sabiq forvardı özünə klub tapdı
Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiç özünə yeni klub tapıb. Azerisport.az xəbər verir ki, 33 yaşlı serbiyalı futbolçu növbəti mövsümdən öz ölkəsində çıxış edəcək.
Belə ki, o, xeyli müddət heyətində məşq etdiyi "OFK Belqrad" klubu ilə müqavilə imzalayıb.
Qeyd edək ki, Subaşiçin son klubu Türkiyənin "Manisaspor" komandası olmuşdu.
