8 avqust 2015 00:20
Azərbaycan Maltaya yenə də darmadağınla qalib gəldi
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Maltanın müvafiq yaş qrupundan ibarət komandası ilə yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, Bayıl stadionunda keçirilmiş oyun yığmamızın 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda hesab avtoqolla açılıb. Növbəti qolları İlkin Sadıqov və Roman Hüseynov vurub. Bu komandalar arasında avqustun 5-də keçirilmiş yoxlama oyunu yığmamızın 4:1 hesablı qələbəsi ilə başa çatmışdı.
