7 avqust 2015 19:00
Dodo: Panainaikosu məğlub etməyə çalışacağıq
"Qəbələ"nin yarımmüdafiəçisi Dodo Avropa Liqasının pley-off mərhələsində qarşılaşacaqları Yunanıstanın "Panatinaikos" klubu ilə oyunlardan danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Yunanıstan klubu barədə heç nə bilmirəm. Amma böyük klub olduğunu eşitmişəm. İstənilən halda bizi bu komanda ilə iki çətin oyun gözləyir. Biz Avropa Liqasının qrup mərhələsində oynamağa layiqik. Rəhbərlik, məşqçilər korpusu və futbolçular artıq peşəkar yararlığını hamıya göstərib. Sadəcə, bu yolda növbəti və inamlı addım atmaq lazımdır. "Panainaikos"u məğlub etməyə çalışacağıq".
