7 avqust 2015 18:40

Şahin Diniyev: Neftçi ilə qarşılaşma bizi qorxutmur

“Futbolçular çempionata normal qaydada hazırlaşıblar. Ona görə də ilk turda “Neftçi” ilə qarşılaşacağımız bizi qorxutmur. Onsuz da çempionatda bütün rəqiblərlə oynamalıyıq. Gəncə azarkeşlərinə əvvəlki derbilərin ab-havasını yaşatmağa çalışacağıq”.

Azerisport.az xəbər verir ki, “Kəpəz”in baş məşqçisi Şahin Diniyev bu cümlələri Topaz Premyer Liqasının startı öncəsi klubun mətbuat xidmətinə bildirib. Təcrübəli mütəxəssis “Neftçi”nin köklü klub olduğunu və azarkeşləri maraqlı matçın gözlədiyini açıqlayıb:

“Paytaxt təmsilçisinin böyük tarixi var. Komplektləşmiş heyətə malikdirlər, Avropa Liqasında çıxış ediblər. “Kəpəz”in isə yenidən qurulduğunu nəzərə alaraq bizi çətin oyunun gözlədiyini demək mümkündür. Proqnoz verməyi sevmirəm, amma futbolçularımızın meydançada dizlərinin əsməyəcəyini söyləyə bilərəm. Nə gücləri var, onu oyunda qoyacaqlar. Fanatlar üçün maraqlı görüş olacaq”.

“Kəpəz” – “Neftçi” oyunu futbol ictimaiyyəti tərəfindən tarixi derbi adlandırılır. Bu da hər iki komandanın ölkənin ilk klubları olmasından və aradakı rəqabətin uzun illərə söykənməsindən doğur. Tərəflərin görüşü həmişə gərgin mübarizə şəraitində keçib:

“Səmimi olaraq deyim ki, yeni yığılmış komanda olduğumuzdan və uşaqlar ayrı-ayrı klublardan gəldiyindən derbinin həyacanını tam hiss etmirlər. Ajiotaj yaratmaq lazım deyil, oyunçular zamanla bunu başa düşəcəklər. Azarkeşlərin oyuna marağı istər-istəməz əvvəlki derbiləri xatırlatmağa başlayıb. Mənə elə gəlir ki, həm “Kəpəz”, həm də “Neftçi” futbolçuları maraqlı, gərgin oyunla, qollarla derbi ab-havasını qaytaracaqlar”.

“Kəpəz” PFK-nın mətbuat xidməti

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.