7 avqust 2015 17:00
Azərbaycanlı qapıçı Latviya klubundan təklif aldı
"Simurq"un sabiq qapıçısı Rəşad Əzizli karyerasını Latviyada davam etdirə bilər. Azerisport.az xəbər verir ki, o, sözügedən ölkənin "Metta" klubundan dəvət alıb. Riqa təmsilçisi onu öz sıralarında görmək istəyir.
Qeyd edək ki, Əzizli Azərbaycan yığmasının qapıçılarla işləyən məşqçisi Faiq Əzizovun oğludur. O, oğlunun Latviya təmsilçisindən aldığı dəvətlə bağlı saytımıza danışıb:
"Biz birbaşa müqavilə bağlamağa dəvət almışıq. "Metta"nın baş məşqçisi Rəşadın oyununu görüb və onu komandasında görmək istəyir. Onun belə bir təklif almasına şadam. Oğlumun xaricdə oynamasına yalnız sevinə bilərəm".
