7 avqust 2015 16:30
Ansi Aqolli: Yanq Boyz böyük klubdur
"Qarabağ"ın müdafiəçisi Ansi Aqolli Avropa Liqasının pley-off mərhələsində onlara rəqib olan İsveçrənin "Yanq Boyz" klubundan danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Mən iki il İsveçrədə oynamışam. Sadəcə, onu deyərdim ki, "Yanq Boyz" böyük klubdur. Düzdür, rəqibimiz ciddi komandadır. Amma hazırda onların nə dərəcədə yaxşı olduğunu deyə bilmərəm. Fikrimcə, komandaların şansları bərabərdir. Onlara qarşı uğurlu çıxış etməyə çalışacağıq".
