7 avqust 2015 15:45
XL ilə Neftçi azarkeşlərlə bağlı razılığa gəlməyə hazırdır
AFFA-nın Klublar Komitəsinin rəhbəri Tuyqun Nadirov "Xəzər Lənkəran"la "Neftçi" azarkeşlərinin səfər oyunlarında iştirakına qoyulan qadağanın aradan götürülməsinin mümkünlüyündən danışıb. Azerisport.az xəbər verir ki, o, rəhbərlik səviyyəsində klublar arasında buna dair müzakirələrin aparıldığını bildirib.
"Əvvəllər nə olmuşdusa, keçmişdə qalıb. Azarkeşləri futbolsuz qoymaq olmaz. Bu məsələ ilə bağlı müsbət nəticə əldə olunmasına ehtiyac var".
Qeyd edək ki, son mövsümlərdə bu iki komanda arasındakı oyunlar zamanı "Neftçi" azarkeşlərinin Lənkərana, cənublu fanatların isə Bakıya gəlməsinə imkan verilmir.
