7 avqust 2015 15:00
Tale Heydərov: Qəbələyə yeni hücumçu alına bilər
"Qəbələ"nin prezidenti Tale Heydərov bəyan edib ki, komandaya daha bir transferin edilməsi istisna deyil. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Mümkündür ki, biz daha bir transfer edək. Böyük ehtimalla bu, hücumçu olacaq. Bu məsələni məşqçilər korpusu ilə ətraflı müzakirə edəndən sonra yekun qərar qəbul edəcəyik".
Klub prezidenti həmçinin atası, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun "Qəbələ"nin oyununu "Bakcell Arena"dan canlı izləməsinə də münasibət bildirib: "O, oyunlara təsadüfi hallarda gəlir. Onun bu matça gəlişi mənim üçün çox önəmli idi".
