7 avqust 2015 14:45

Ağayev Avroliqada penalti təyin etdi, 10 sarı, 1 qırmızı vərəqə göstərdi

Azərbaycanlı hakim Əliyar Ağayev Avropa Liqasının üçüncü təsnifat mərhələsinin oyununu idarə edib. Azerisport.az xəbər verir ki, o, ötən gecə Ukraynanın "Vorskla" klubunun Slovakiya "Jilina"sı ilə ev oyununda ədaləti qoruyub.

Bu komandaların bir həftə öncəki ev oyununda "Jilina" doğma meydanda 2:0 hesablı qələbəyə sevinmişdi. Cavab qarşılaşmasında isə Ukrayna təmsilçisi 3:1 hesabıyla qalib gəlib. Səfərdə vurduğu bir qol Slovakiya təmsilçisini Avroliqanın pley-off mərhələsinə çıxarıb.

Ağayevin bu qarşılaşmadakı işi kifayət qədər çox olub. Belə ki, o, 10 sarı, 1 qırmızı vərəqəyə əl atmalı olub. Meydan sahibi komandanın üzvlərinə 6 sarı vərəqə göstərən FİFA referimiz qonaqları dörd üzvünə xəbərdarlıq edib. Lakin onlardan biri iki dəfə oxşar aqibətlə üzləşdiyindən əlavə vaxtda, 99-cu dəqiqədə meydandan qovulub. Bu epizod zamanı Əliyar qonaq komandanın qapısına penalti də təyin edib ki, "Vorskla" həmin şansdan dəqiq yararlanaraq, hesabı 3:0-a çatdırıb. Amma 120+1-ci dəqiqədə qonaqların vurduğu gözlənilməz qol Ukrayna klubunu şoka salıb.

Qeyd edək ki, Əliyara bu oyunda Zeynal Zeynalovla Rza Məmmədov yardım edib. Dördüncü hakim funksiyasını isə Rəhim Həsənov yerinə yetirib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.