7 avqust 2015 12:45

Aleksey Qay: Qəbələ güclü komandadırsa, Cavidlə Ürfanın yoxluğu hiss olunmamalıdır

"Qəbələ"nin futbolçusu Aleksey Qay Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Kiprin "Apollon" klubuna qarşı keçirdikləri cavab matçından (1:0, ilk oyun 1:1) sonra azerisport.az saytının suallarını cavablandırıb.

- "Qəbələ" çətinliklə də olsa, Avroliqanın pley-offuna vəsiqə qazana bildi. Bu uğurunuzu necə şərh edə bilərsiniz?
- Oyun başa çatan kimi onu analiz etmək, hansısa dəqiq fikir irəli sürmək bir qədər çətindir. Amma mənə elə gəlir ki, biz yaxşı oynadıq. Əsas odur ki, yaxşı müdafiə olunduq və qol buraxmadıq. Müdafiə olunmağı bacardığımızı göstərdik. Amma buna baxmayaraq, hələ görüləsi işlərimiz çoxdur.

- Oyun zamanı komanda yoldaşlarınız arasında bəzən anlaşılmazlıq yaranırdı...
- Mən elə düşünmürəm. Mənə elə gəlir ki, hər şey qaydasındadır. Kiprlilərlə oyunlarda biz çox çalışdıq və fikrimcə, pis alınmadı.

- Pley-off mərhələsində sizi çətin rəqiblər gözləyir. "Qəbələ"dən yenə uğur gözləyə bilərik?
- Biz uğur qazanmağa davam etmək istəyirik. Bu, futboldur, həmişə komandalar mübarizəyə bərabər şanslarla başlayırlar. Biz də Avroliqanın qrup mərhələsinə vəsiqə qazana bilərik. Baxmayaraq ki, ilk dəfə pley-offda çıxış edəcəyik. Odur ki, hər şey ola bilər.

- Pley-offa çıxmaq artıq uğurdur, ya hədəf qrup mərhələsinə çıxmaqdır?
- Gəlin tələsməyək. Proqnoz verməyi xoşlamıram. Bugünkü günlə yaşamaq lazımdır. "Apollon"la oyun artıq geridə qaldı. Qarşıda isə bizi Azərbaycan çempionatı çərçivəsində "Qarabağ"la çətin oyun gözləyir.

- Cavid Hüseynovla Ürfan Abbasov Avroliqanın pley-offunda ilk oyunu buraxmalı olacaq. Onların yoxluğu çıxışınıza təsir göstərməyəcək?
- Onlar əsas heyət oyunçularıdır. Amma ehtiyatda bizdən heç də geri qalmayan yaxşı futbolçularımız var. Ona görə də layiqli əvəzedicilərin tapılacağına əminəm. Komandamız doğrudan da güclüdürsə, Cavidlə Ürfanın yoxluğu hiss olunmayacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.