7 avqust 2015 12:30

Xəzər Lənkəran Premyer Liqa üçün 14 futbolçu sifariş etdi

"Xəzər Lənkəran" Topaz Premyer Liqasının yeni mövsümü üçün iştirak ərizəsini Peşəkar Futbol Liqasına təqdim edib. Azerisport.az xəbər verir ki, cənub klubunun sifariş vərəqəsində cəmi 14 (!) futbolçu yer alıb.

Onlardan ikisi qapıçı, altısı müdafiəçi, beşi yarımmüdafiəçi, biri isə hücumçudur.

Qapıçılar: Tərlan Qasımzadə, Orxan Sadıqlı;

Müdafiəçilər: Mahsun Qəmbərli, İlyas Səfərzadə, Elvin Mirzəyev, Tural Cəlilov, Adrian Skarlatake, Rasim Ramaldanov;

Yarımmüdafiəçilər: Rahid Əmirquliyev, Orxan Əliyev, Elşən Rzazadə, Kazım Kazımlı, Sadio Tounkara;

Hücumçu: Elnur Cəfərov.

Baş məşqçi: Yunis Hüseynov.

Qeyd edək ki, "Xəzər Lənkəran"ın belə az futbolçu sifariş etməsinə səbəb komandaya FİFA tərəfindən qoyulmuş transfer qadağası ilə bağlıdır. Cənublular bu yay bir neçə transfer həyata keçirsə də, onları sifariş edə bilmir. Bunlar Pavel Kapsa, Ruslan Abışov, Rəşad Eyyubov, Vaqif Cavadov, Dieqo Souza, Vüqar Nadirov və Limam Seydidir. "Ağ-yaşıllar" bu futbolçuların adını yalnız sentyabrın 1-də PFL-də qeydiyyatdan keçirə biləcək və onların xidmətindən yararlanacaq. Həmin vaxta qədər baş tutacaq "İnter", "Sumqayıt" və "Rəvan"la qarşılaşmalarda isə 14 futbolçu ilə mübarizə aparacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.