7 avqust 2015 11:45

Azərbaycan Serbiyaya çatdı

Avropa Liqasının üçüncü təsnifat mərhələsinin ötən gecə baş tutan cavab oyunları Azərbaycanın UEFA reytinqindəki mövqeyinə təsir göstərməyib. Azerisport.az xəbər verir ki, ölkəmiz bu siyahıda əvvəlki mövqeyində qalıb.

Qeyd edək ki, Azərbaycanı qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirində "İnter"lə "Qəbələ" təmsil edirdi. Paytaxt klubu ötən gecə doğma meydanda İspaniya "Atletik"i ilə qarşılaşdı və qolsuz bərabərliyə razılaşdı. İlk oyunda 2 cavabsız qolla uduzduğuna görə, təmsilçimiz Avroliqada mübarizəni dayandırmaq məcburiyyətində qaldı. Amma cavab görüşündəki heç-heçə ilə bakılılar Azərbaycanın UEFA reytinqindəki xal ehtiyatını 0.125 balla zənginləşdirdilər. "Qəbələ" isə səfərdə 1:1 hesablı bərabərliyə razılaşdığı Kipr "Apollon"una doğma meydanda qalib gəlməklə həm pley-offa vəsiqə əldə etdi, həm də ölkəmizin xal ehtiyatına 0.250 xal yazdırdı.

Hazırda UEFA reytinqində 54 ölkə arasında 29-cu pillədəyik. Azərbaycanın hesabında 12.875 reytinq xalı var ki, onun da 2.375 xalı cari mövsümdə qazanılıb ("Qəbələ" - 0.875, "İnter" - 0.750, "Qarabağ" - 0.500, "Neftçi" - 0.250).

Ötən gecə qazandığımız 0.375 xal Azərbaycanın reytinq cədvəlində Serbiyaya çatmasına şərait yaradıb. Belə ki, hər iki ölkənin hesabında 12.875 reytinq xalı var. Sadəcə, serblər cari mövsümdə daha çox - 2.500 xal topladığı üçün Azərbaycandan öndə qərarlaşıblar.

Onu da əlavə edək ki, klublarımızın təsnifat mərhələsindəki istənilən qələbəsi Azərbaycana 0.250 reytinq xalı qazandırır. Heç-heçə isə sadəcə, 0.125 xal verir. Qrup mərhələsində heç-heçə 0.250, qələbə 0.500 xalla qiymətləndirilir.

#

Ölkə

11/12

12/13

13/14

14/15

15/16

r.xalı

klub

1

İspaniya

20.857

17.714

23.000

20.214

2.500

84.285

7/ 7

2

Almaniya

15.250

17.928

14.714

15.857

2.000

65.749

7/ 7

3

İngiltərə

15.250

16.428

16.785

13.571

2.187

64.221

7/ 8

4

İtaliya

11.357

14.416

14.166

19.000

1.500

60.439

5/ 6

5

Portuqaliya

11.833

11.750

9.916

9.083

1.583

44.165

6/ 6

6

Fransa

10.500

11.750

8.500

10.916

2.166

43.832

6/ 6

7

Rusiya

9.750

9.750

10.416

9.666

1.700

41.282

5/ 5

8

Ukrayna

7.750

9.500

7.833

10.000

1.700

36.783

4/ 5

9

Belçika

10.100

6.500

6.400

9.600

1.800

34.400

4/ 5

10

Hollandiya

13.600

4.214

5.916

6.083

1.166

30.979

4/ 6

11

İsveçrə

6.000

8.375

7.200

6.900

1.000

29.475

4/ 5

12

Türkiyə

5.100

10.200

6.700

6.000

1.400

29.400

3/ 5

13

Çexiya

5.250

8.500

8.000

3.875

1.100

26.725

4/ 5

14

Yunanıstan

7.600

4.400

6.100

6.200

1.900

26.200

5/ 5

15

Rumıniya

4.333

6.800

6.875

5.125

1.750

24.883

2/ 4

16

Avstriya

7.125

2.250

7.800

4.125

1.200

22.500

3/ 5

17

Xorvatiya

3.750

4.375

4.375

6.875

2.500

21.875

2/ 4

18

Kipr

9.125

4.000

2.750

3.300

2.375

21.550

1/ 4

19

Polşa

6.625

2.500

3.125

4.750

2.750

19.750

2/ 4

20

İsveç

2.900

5.125

3.200

3.900

3.000

18.125

1/ 4

21

İsrail

6.000

3.250

5.750

1.375

1.000

17.375

1/ 4

22

Belarus

3.125

4.500

1.750

5.500

2.125

17.000

2/ 4

23

Danimarka

3.100

3.300

3.800

2.900

3.250

16.350

2/ 4

24

Şotlandiya

2.750

4.300

3.250

4.000

2.000

16.300

1/ 4

25

Norveç

2.300

4.900

2.600

2.200

3.750

15.750

3/ 4

26

Bolqarıstan

1.500

0.750

5.625

4.250

1.000

13.125

4

27

Sloveniya

2.250

3.250

2.625

4.000

1.000

13.125

4

28

Serbiya

2.125

3.000

2.500

2.750

2.500

12.875

2/ 4

29

Azərbaycan

1.375

3.000

2.500

3.625

2.375

12.875

2/ 4

30

Slovakiya

2.375

1.500

1.625

2.750

3.500

11.750

1/ 4

31

Qazaxıstan

1.625

1.375

3.125

3.375

2.000

11.500

2/ 4

32

Lixtenşteyn

2.000

0.000

1.000

2.500

5.000

10.500

1

33

Macarıstan

2.250

3.000

0.875

2.125

1.625

9.875

1/ 4

34

Moldova

0.500

2.250

3.375

1.750

1.125

9.000

1/ 4

35

İslandiya

1.375

1.250

2.500

2.500

1.125

8.750

4

36

Gürcüstan

2.875

1.500

1.875

1.250

0.625

8.125

4

37

Finlandiya

1.500

2.000

0.500

2.400

0.875

7.275

1/ 4

38

Bosniya

1.125

1.250

1.500

1.750

1.500

7.125

4

39

Albaniya

0.875

0.750

2.000

0.875

1.625

6.125

1/ 4

40

Makedoniya

1.625

1.250

0.500

1.125

1.375

5.875

1/ 4

41

İrlandiya

1.500

1.000

0.250

2.000

0.700

5.450

5

42

Latviya

0.625

1.250

1.625

0.250

1.625

5.375

4

43

Lüksemburq

1.125

1.375

1.500

0.500

0.750

5.250

4

44

Çernoqoriya

0.500

1.375

1.250

0.750

1.000

4.875

4

45

Litva

1.000

1.125

1.250

0.500

0.750

4.625

4

46

Şim. İrlandiya

0.500

1.000

0.875

1.375

0.750

4.500

4

47

Estoniya

0.375

0.375

1.000

1.500

1.000

4.250

4

48

Ermənistan

0.125

0.875

1.125

0.375

1.625

4.125

4

49

Farer adaları

0.500

0.500

0.875

1.375

0.375

3.625

4

50

Malta

0.833

0.875

0.875

0.125

0.875

3.583

4

51

Uels

0.625

0.500

0.750

0.125

1.500

3.500

4

52

Cəbəllütariq

0.000

0.000

0.000

0.250

0.750

1.000

2

53

Andorra

0.000

0.000

0.333

0.500

0.166

0.999

3

54

San Marino

0.000

0.000

0.333

0.000

0.000

0.333

3

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.