7 avqust 2015 11:15
Dodo: Bu qələbə onların sayəsində əldə olundu
"Qəbələ"nin yarımmüdafiəçisi Dodo Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Kiprin "Apollon" klubuna qarşı keçirdikləri cavab matçını şərh edib. Azerisport.az saytına açıqlamasında o, 1:0 (ilk oyun 1:1) hesabıyla başa çatan görüşdən sonra bunları söyləyib:
"Belə bir nəticəyə imza atdığımız üçün çox sevincliyəm. Layiqli oyun sərgiləyə və mərhələ keçə bildik. Arzuladığımız nəticəni əldə etdik. Əlbəttə, azarkeşlər də öz sözlərini dedilər. Onlar bizi sonadək dəstəklədilər. Təbii ki, onların bu dəstəyi də uğurumuzda önəmli yer tutur. Bu qələbə onların sayəsində əldə olundu. Dəstəklərinə görə hər birinə təşəkkürümü bildirirəm".
