7 avqust 2015 02:30

Qarabağla Qəbələnin pley-off mərhələsindəki bütün potensial rəqibləri bilindi

Bu gün Avropa Liqasının pley-off mərhələsinin püşkü atılacaq. Azerisport.az xəbər verir ki, bu mərhələdə mübarizə aparacaq iki Azərbaycan klubu - "Qarabağ"la "Qəbələ" də rəqiblərini tanıyacaq.

Qeyd edək ki, Avroliqanın pley-off mərhələsində bütövlükdə 44 klub mübarizə aparacaq. Onlardan 15-i son Azərbaycan çempionu "Qarabağ" da daxil olmaqla Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində mübarizəni dayandıraraq, Avroliqaya düşənlərdir: "Ayaks" (Hollandiya), "Sparta" (Çexiya), "Fənərbaxça" (Türkiyə), "Yanq Boyz" (İsveçrə), "Panatinaikos" (Yunanıstan), "Zalsburq" (Avstriya), "Styaua" (Rumıniya), "Lex" (Poznan), "Milsami" (Moldova), HJK (Finlandiya), "Midtyulland" (Danimarka), "Viktoriya" (Çexiya), "Molde" (Norveç), "Videoton" (Macarıstan).

Qalan 29 iştirakçı isə "Qəbələ" kimi, Avroliqanın üçüncü təsnifat mərhələsinin qalibləridir: "Borussiya" (Dortmund, Almaniya), "Rubin" (Rusiya), "Atletik" (İspaniya), "AZ Alkmaar" (Hollandiya), PAOK (Yunanıstan), "Standard" (Belçika), "Legiya" (Polşa), "Bordo" (Fransa), "Sent-Etyen" (Fransa), "Slovan" (Çexiya), "Sauthempton" (İngiltərə), "Krasnodar" (Rusiya), "Belenenseş" (Portuqaliya), "Rosenborq" (Norveç), "Hayduk" (Xorvatiya), "Zarya" (Ukrayna), "Atromitos" (Yunanıstan), "Tyun" (İsveçrə), "Astra" (Rumıniya), "Dinamo" (Minsk, Belarus), "Yablonets" (Çexiya), "Altax" (Avstriya),
"Jilina" (Slovakiya), "Bröndbü" (Danimarka), "Voyvodina" (Serbiya), "Rabotniçki" (Makedoniya), "Odd" (Norveç), "Kayrat" (Qazaxıstan).

Püşk zamanı hər iki komandamız səpələnməmişlər səbətində yer alacaq ki, bu da onları nisbətən güclü rəqiblərlə üz-üzə qoyacaq. Belə ki, təmsilçilərimizin pley-off mərhələsindəki bütün potensial rəqiblərinin siyahısı, yəni səpələnmişlər səbətində yer alan klublar bunlardır:

"Borussiya" (Dortmund, Almaniya), "Ayaks" (Hollandiya), "Rubin" (Rusiya), "Atletik" (İspaniya), "AZ Alkmaar" (Hollandiya), "Zalsburq" (Avstriya), "Viktoriya" (Çexiya), PAOK (Yunanıstan), "Styaua" (Rumıniya), "Yanq Boyz" (İsveçrə), "Sparta" (Çexiya), "Fənərbaxça" (Türkiyə), "Standard" (Belçika), "Legiya" (Polşa), "Bordo" (Fransa), "Panatinaikos" (Yunanıstan), "Lex" (Poznan), "Sent-Etyen" (Fransa), "Slovan" (Çexiya), "Sauthempton" (İngiltərə), "Krasnodar" (Rusiya), "Belenenseş" (Portuqaliya).

Qeyd edək ki, Avropa Liqasının pley-off mərhələsinin püşkatması İsveçrənin Nyon şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.