7 avqust 2015 02:00

Cavid Hüseynov: Apollon Bakıya futbol oynamağa gəlməmişdi

"Qəbələ"nin yarımmüdafiəçisi Cavid Hüseynov Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Kipr "Apollon"una qarşı keçirdikləri cavab matçından (1:0, ilk oyun 1:1) sonra azerisport.az saytının suallarını cavablandırıb:

- Oyunla bağlı nə deyə bilərsiniz?
- Çox gərgin və çətin oyun oldu. Hədəfimiz mərhələ keçmək idi. Ona da nail olduq.

- Rəqib komandanın üzvləri 90 dəqiqə sizi narahat etməyə çalışırdı...
- "Apollon"un 5 nömrəli futbolusu məni vurdu və təxribata çəkdi. Mənim ona nəsə etməyimi istəyirdi. Mənim sarı və ya qırmızı vərəqə almağıma çalışırdı. Hərdən mənə elə gəlirdi ki, "Apollon" buraya futbol oynamağa yox, məni meydandan qovdurmağa, cəzalı duruma düşürməyə gəlib. Bir sözlə, "Apollon" Bakıya futbol oynamağa gəlməmişdi.

- Penaltini vurmağa hazırlaşanda "Apollon"un qapıçısı sizə nə dedi?
- Mən onların dilini bilmirəm. Ona görə də onun nə danışdığını bilmədim. Amma ona sərt şəkildə aralanmasını bildirdim.

- Deyəsən, penaltini Ermin Zets də vurmaq istəyirdi...
- Xeyr, penalti zərbələrini mən vururam.

- Həyəcan var idi?
- Həyəcan həmişə olur. Bu cür dəstəyin qarşılığında komandanı, azarkeşləri məyus edə bilməzdim. Allaha şükürlər olsun ki, penaltini dəqiq yerinə yetirdim.

- Pley-off mərhələsində keçirəcəyiniz ilk oyunu cəzalı olduğunuz üçün buraxmalı olacaqsınız. Sizcə, komanda yoxluğunuzda layiqli mübarizə apara biləcək?
- Buna əminəm. Bizdə hər futbolçuya güvənirlər. Ehtiyat oyunçular skamyasında oturanlar da səviyyəli oyunçulardır. Asif Məmmədov var, Samir Zərgərov var. Bizdə əvəzedilməz futbolçu yoxdur. Kiprdəki oyundan sonra bəzi həmkarlarınız məni tənqid etdilər. Amma dəstəkləyənlər də çox oldu. Bu gün onlara dəstəklərinə görə bir növ minnətdarlığımı bildirməyi bacardımsa, buna görə çox şadam. Tənqid edənlərə isə bildirmək istəyirəm ki, siz mənim hiss etdiklərimi anlaya bilməzsiniz. Çünki o insanların qanında problem var. Qoy gedib öz qanlarını yoxlatdırsınlar.

- Amma sizi qeyri-peşəkarlığa görə tənqid etmişdilər. Çünki UEFA sizi cəzalandırsaydı, komandanız pis vəziyyətdə qalacaqdı...
- Burada söhbət bayraqdan, milli hisslərdən gedir. Sizin yanınızda Azərbaycan bayrağını yandırsalar, nə edərsiniz? Əlbəttə, buna reaksiya göstərəcksiniz. Mən də həmin gün dözə bilmədim, reaksiya verdim. Mən onlara biz Azərbaycan oğlu kimi cavab verdim. Əlbəttə, tənqid etmək olar. Amma kimlər ki, bunu təhqir formasına etmişdi, onların öz qanlarını yoxlaması lazımdır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.