7 avqust 2015 00:00
Zaur Svanadze: Atletiklə heç-heçə bizim üçün yaxşı nəticədir
"İnter"in baş məşqçisi Zaur Svanadze Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində İspaniyanın "Atletik" klubuna qarşı keçirdikləri cavab matçını şərh edib. Azerisport.az xəbər verir ki, gürcü mütəxəssis 0:0 (ilk oyun 0:2) hesabıyla başa çatan görüşdən sonra bunları söyləyib:
"Bütün problemlərimizə baxmayaraq, komandamız iki mərhələ keçə bildi. Amma üçüncü təsnifat mərhələsində bizə "Atletik" kimi rəqib düşdü. Bu komanda çox güclü və ciddi rəqibdir. Buna baxmayaraq, komandamız özünü yaxşı tərəfdən göstərdi, sonadək mübarizə apardı. Belə bir rəqibə qarşı heç-heçəni müsbət nəticə saymaq olar".
