6 avqust 2015 23:40
Aleksey Qay: Qəbələ layiqli qələbə qazandı
"Qəbələ"nin futbolçusu Aleksey Qay Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Kiprin "Apollon" klubuna qarşı keçirdikləri cavab matçını şərh edib. Azerisport.az saytına açıqlamasında o, 1:0 (ilk oyun 1:1) hesabıyla başa çatan görüşdən sonra bunları söyləyib:
"Ağır oyun alındı. Amma biz çox yaxşı oynadıq. Layiqli qələbə qazanaraq, istəyimizə çatdıq".
