6 avqust 2015 21:20
Bakcell Arenada aerodrom papaqlı Qriqorçuk
Hazırda "Bakcell Arena"da oynanılan Avropa Liqasının üçüncü təsnifat mərhələsinin "Qəbələ" ilə Kipr "Apollon"u arasındakı cavab matçına meydan sahiblərinin tərəfdarları maraqlı plakatla gəliblər. Azerisport.az xəbər verir ki, plakatda Azərbaycan klubunun ukraynalı baş məşqçisi Roman Qriqorçuk vaxtilə daha çox Bakıda dəbdə olan və "aerodrom" adlanan baş geyimində göstərilib.
Plakatda həmçinin "Roman, biz səninləyik" sözləri də əks olunub.
Xatırladaq ki, Qriqorçuk Kipr səfəri öncəsi azərbaycanlı jurnalistlərə açıqlamasında bildirmişdi ki, "Apollon" səddini keçsələr, mətbuat konfransına "aerodrom" papaqla gələcək.
