Fuad Bayramov: İnterin itiriləsi heç nəyi yoxdur
"İnter"in yarımmüdafiəçisi Fuad Bayramov Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində İspaniyanın "Atletik" klubuna qarşı keçirəcəkləri cavab matçı öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Matça yaxşı hazırlaşmışıq. "Atletik"ə sürpriz etmək istəyirik. Hücum futbolu sərgiləyəcəyik. İtiriləsi heç nəyimiz yoxdur. Fikrimcə, "Atletik" üçün süni örtüklü meydanda oynamaq çətin olacaq. Qələbəyə inandığımızı gizlətmirəm. Çünki mərhələ keçmək üçün şansımız var. İspanlar ilk görüşdə 2 cavabsız qolla qalib gəlsələr də, cavab matçında onlara asan olacağını düşünmürəm. Rəqibin zəif nöqtəsi olmadığından onlardan səhv gözləməyə dəyməz. Matçın taleyini özümüz həll etməliyik. Klubun maliyyə çətinlikləri olsa da, bütün futbolçularımız sağ olsunlar ki, bu mərhələyə kimi irəliləməyimizə kömək ediblər. Demək olar ki, pulsuz oynayırlar. Zaur Svanadze də sağ olsun ki, gənclərə güvənir, qorxmur. Heç bir məşqçi avrokubok oyunlarında gənclərə bu qədər şans verməzdi".
