Rasim Ramaldanov: Xəzər Lənkərana yeni transferləriz çox çətin olacaq
"Xəzər Lənkəran"ın müdafiəçisi Rasim Ramaldanov komandanın yeni transferlərinin Premyer Liqanın ilk üç turunda meydana çıxmasına qoyulmuş qadağadan danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Düzünü deyim ki, mən bu cür cəzalanacağımızı gözləmirdim. Yeni transferlərsiz çox çətin olacaq. Amma başqa seçimimiz yoxdur. Toparlanmaq və əvvəlki heyətdən qalanlarla yaxşı nəticələr qazanmağa çalışmaq lazımdır".
Qeyd edək ki, "Xəzər Lənkəran" mövsümün ilk üç turunda "İnter", "Sumqayıt" və "Rəvan"la qarşılacaq. Cənublular bu oyunlarda Pavel Kapsa, Ruslan Abışov, Rəşad Eyyubov, Vaqif Cavadov, Dieqo Souza, Vüqar Nadirov və Limam Seydinin yoxluğunda oynamaq məcburiyyətində qalacaq. Çünki klub bu transferlərini yalnız sentyabrın 1-dən sonra sifariş edə biləcək.
