6 avqust 2015 18:30
PFL Topazla müqavilənin müddətini artırdı
Azərbaycan çempionatının 2015/16 mövsümü də Topaz Premyer Liqası adlandırılacaq. Azerisport.az xəbər verir ki, Topaz və Peşəkar Futbol Liqası rəhbərliyi arasında aparılan danışıqlar müsbət nəticələnib və müqavilənin müddəti 1 il artırılıb.
Qeyd edək ki, Topaz 3 mövsümdür ki, Premyer Liqanın sponsorudur.
