6 avqust 2015 22:52

Qəbələ Apollonu məğlub yola salıb, pley-offa yüksəldi

Bu gün UEFA Avropa Liqasında üçüncü təsnifat mərhələsinin cavab oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycanı bu mövsüm qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirində təmsil edən "Qəbələ" də növbəti sınağına çıxıb.

Premyer Liqanın son mövsümünün bürünc mükafatçısı Avroliqanın ilkin təsnifat mərhələsindən mübarizəyə qoşulmuşdu. Bölgə təmsilçisi birinci təsnifat mərhələsində Tiflis "Dinamo"sundan (Gürcüstan) üstün olmuşdusa (səfərdə 1:2, evdə 2:0), ardından Serbiyanın "Çukariçki" (səfərdə 0:1, evdə 2:0) klubunu mübarizədən kənarlaşdırmışdı.

Bu mərhələdə isə "Qəbələ" Kiprin "Apollon" komandasına qarşı mübarizə aparırdı. Səfərdə 1:1 hesablı heç-heçədən sonra Roman Qriqorçukun komandasının mərhələ adlamasına inam kifayət qədər böyük idi. "Qəbələ" rəqibini yenə Cavid Hüseynovun penalti qolu sayəsində məğlub edərək, tarixində ilk dəfə pley-offa yüksəldi.

Avropa Liqası
Üçüncü təsnifat mərhələsi
(cavab oyunu)
6 avqust

“Qəbələ” - “Apollon” - 1:0 (0:0)
Qol: C.Hüseynov, 80-pen. (1:0).
Sarı vərəqə: Aleks, 31. F.Papulis, 35. C.Hüseynov, 35. Jayme, 59. Freyre, 69. E.Saketti, 79. B.Vale, 80. Türam, 90+1.
Qırmızı vərəqə: Ü.Abbasov, 90+1.
Baş hakim: Duarte Nuno Perreyra Qomeş (Portuqaliya).
Bakı. “Bakcell Arena”.
İlk oyun: 1:1

"Qəbələ": 22. Dmitri Bezotosnı, 3. Voyislav Stankoviç, 21. Arif Daşdəmirov, 34. Ürfan Abbasov, 44. Rafael Santos, 6. Rəşad Sadiqov, 14. Cavid Hüseynov (k), 19. Aleksey Qay, 9. Sergey Zenyov, 10. Dodo, 69. Aleksey Antonov (7. Ermin Zets, 71).
Ehtiyat oyunçular: 33. David Petrkeviç, 8. Məhəmməd Mirzəbəyov, 15. Vitali Vernidub, 4. Elvin Camalov, 11. Asif Məmmədov, 66. Samir Zərgərov.
Baş məşqçi: Roman Qriqorçuk.
"Apollon": 83. Bruno Vale, Elisio, 3. Nuno Lopes (9. Türam, 61), 4. Freyre, 14. Jayme (8. Farley, 81), 5. Esteban Saketti, 6. Markos Qullon, 10. Aleks, 17. Joao Pedro, 26. Fotis Papulis (k), 29. Georgis Kolokudias (19. Qneki Abraham, 61).
Ehtiyat oyunçular: 23. İsli Hidi, 27. Angelis Angeli, 28. Marios Stilianu, 42. Xristos Uiler.
Baş məşqçi: Pedro Emanuel.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.