6 avqust 2015 22:51

İnter Atletiklə heç-heçə edib, mübarizəni dayandırdı

Bu gün UEFA Avropa Liqasında üçüncü təsnifat mərhələsinin cavab oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycanı bu mövsüm qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirində təmsil edən "İnter" də növbəti sınağına çıxıb.

Premyer Liqanın son mövsümünün gümüş mükafatçısı Avroliqanın ilkin təsnifat mərhələsindən mübarizəyə qoşulmuşdu. Bakılılar birinci təsnifat mərhələsində Albaniya "Laçi"sini (səfərdə 1:1, evdə 0:0) keçdiyi halda, ardından İslandiyanın "Hafnarfyordur" (səfərdə 2:1, evdə 2:2) klubunu mübarizədən kənarlaşdırmışdı.

Bu dəfə isə "İnter" İspaniya La Liqasında çıxış edən "Atletik"i mübarizədən kənarlaşdırmalıydı. Baxmayaraq ki, səfərdə 0:2 hesablı məğlubiyyətlə üzləşən komandamızın nəhəng rəqibi üzərində evdə 3 cavabsız qolla qələbə qazanması mümkünsüz görünürdü. Gözlənildiyi kimi, təmsilçimiz bu çətin vəzifənin öhdəsindən gələ bilmədi. Gücü yalnız çətin rəqibi ilə qolsuz heç-heçəyə çatan komandamız mübarizəni dayandırmaq məcburiyyətində qaldı.

Avropa Liqası
Üçüncü təsnifat mərhələsi
(cavab oyunu)
6 avqust

“İnter” - “Atletik” - 0:0 (0:0)
Sarı vərəqə: M.Balensyaqa, 25. M.Seyidov, 55.
Baş hakim: Sərdar Gözüböyük (Hollandiya).
Bakı. “Şəfa stadionu”.
İlk oyun: 0:2

"İnter": 25. Səlahət Ağayev (k), 4. Laşa Kasradze, 5. Denis Silva, 14. Zurab Xizanişvili, 22. İlkin Qırtımov, 7. Nika Kvekveskiri, 8. Nizami Hacıyev (10. Elnur Abdullayev, 76), 19. Mirhüseyn Seyidov, 24. Fuad Bayramov, 11. Rauf Əliyev, 23. Dieqo Martins (20. Yuri Fomenko, 77).
Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 3. Xuanfran, 13. Mirsahib Abbasov, 15. Stepan Polyak, 18. Mənsur Nəhavəndi.
Baş məşqçi: Zaur Svanadze.
"Atletik": 13. Yaqo Herrerin, 4. Emerik Laport, 6. Mikel San Xose, 16. Xabyer Eçeyta, 24. Mikel Balensyaqa, 5. Erazo (27. Sabin Merino, 67), 7. Benat Eçebarriya (3. Qorka Elustondo, 90), 10. Oskar de Markos, 14. Markel Susaeta (k) (11. İbay Qomes, 86), 23. Aqer Aketçe, 20. Arits Aduris.
Ehtiyat oyunçular: 1. Qorka İraisos, 2. Eneko Boveda, 18. Karlos Qurpegi, 21. Borxa Viqera.
Baş məşqçi: Ernesto Valverde.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.