6 avqust 2015 15:30

Qəbələ fanatlara müraciət etdi: cavab vermək növbəsi sizdədir!

Bu gün Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Kiprin "Apollon" klubu ilə cavab matçına çıxacaq "Qəbələ" klubu azarkeşlərə müraciət ünvanlayıb. Azerisport.az xəbər verir ki, səfərdə keçirilmiş ilk oyunda 1:1 hesablı bərabərliyə razılaşmış bölgə təmsilçisi müraciətdə bunları vurğulayıb:

"Azarkeşlərimizin diqqətinə!!!

Əziz "Qəbələ"sevələr, bildiyiniz kimi, komandamız bu gün UEFA Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində Kiprin "Apollon" klubunu qəbul edəcək. İlk oyunda - Kiprdə baş tutan qarşılaşmada komandamız yerli azarkeşlərin təzyiq, təhdid və təhqirlərinə məruz qaldı. Lakin futbolçularımız vurduqları bərabərlik qolu, rəhbərliyimiz isə lazımi instansiyalara müraciət etməklə kiprli azarkeşlərin layiqli cavabını verdi.
İndi cavab vermək növbəsi sizdədir. Siz öz humanist davranışlarınızla idman meydanlarında qabalığa yer olmadığını, azərbaycanlı azarkeş mədəniyyətini kiprlilərlə yanaşı, UEFA nümayəndələrinə nümayiş etdirməlisiniz. Qeyd etmək istərdik ki, daim oyunlara bir nümayəndə göndərən UEFA matç ətrafındakı gərginliyi nəzərə alaraq bu dəfə 2 səlahiyyətli şəxsin "Qəbələ" - "Apollon" görüşünə ezam olunmasına qərar verib. Bu da hər hansı bir mənfi hal baş verərsə, komandamızı böyük cəzaların gözlədiyini göstərir.

Ümid edirik ki, həmin şəxslər Avropanın ali futbol qurumuna təqdim edəcəkləri hesabatlarında "Qəbələ" azarkeşləri və klubu haqqında müsbət rəylər bildirəcəklər!
Gəlin diqqətimizi yalnız oyuna yönəldək, birlikdə komandamızı qələbəyə səsləyək, ona dəstək olaq və növbəti uğurlarına şahidlik edək!!!"

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.