6 avqust 2015 13:45
Qəbələ - Apollon oyununa 2-ci UEFA nümayəndəsi
UEFA Avropa Liqasının üçüncü təsnifat məhələsinin ilk oyunları çərçivəsində iyulun 30-da Kiprin Larnaka şəhərində keçirilmiş “Apollon” – “Qəbələ” oyunu zamanı yerli azarkeşlərin aqressiv davranışı ilə əlaqədar yaranmış gərginliyi nəzərə alan Avropa futbol təşkilatı bu gün Bakıda keçiriləcək “Qəbələ” – “Apollon” oyununa əlavə olaraq daha bir UEFA nümayəndəsi təyin edib. Azerisport.az xəbər verir ki, “Qəbələ” – “Apollon” qarşılaşmasının ikinci UEFA nümayəndəsi Gürcüstanı təmsil edən Giorgi Pirtsxalava olacaq.
