6 avqust 2015 13:30

Roman Qriqorçuk: Bizə lazım olan nəticəni qazanmağa köklənmişik

Bu gün Avropa Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, “Qəbələ” Bakıda, “Bakcell Arena”da Kiprin “Apollon” klubu ilə cavab matçına çıxacaq. Saat 21:00-da başlayacaq görüşü Duarte Nunu Pereyra Qomeşin başçılıq etdiyi portuqaliyalı hakimlər briqadası idarə edəcək.

42 yaşlı Duarte Qomeş 2002-ci ildən FİFA hakimidir. O, azərbaycanlı futbolsevərlərə yaxşı tanışdır. Portuqaliyalı hakim 2013/14 mövsümündə Avroliqanın pley-off mərhələsində “Ayntraxt” - “Qarabağ” görüşünü (2:1) idarə edib.

Qomeş Azərbaycanın U-19 millisinin 2 oyununda da baş hakim olub. 2006-cı ildə Avropa çempionatının seçmə mərhələsində Azərbaycanın Ermənistana qalib gəldiyi (2:1) və futbolçularımızın kiprli yaşıdları ilə heç-heçə (1:1) oynadığı matçları da o idarə etmişdi. Yeri gəlmişkən, kapitanımız Cavid Hüseynov həmin matçlarda oynayıb.

Cavab oyunu ərəfəsində cəzalı futbolçu baxımından “Qəbələ”nin problemi olmasa da, komanda oyuna itki ilə çıxacaq. Rumıniyalı yarımmüdafiəçi Georgi Floresku zədə üzündən cavab matçını da buraxmalı olacaq.

Baş məşqçi Roman Qriqorçuk matçla bağlı fikirlərini “Qəbələ İK” ilə bölüşüb: “Dəqiq bilirik ki, cavab oyunu çox çətin olacaq. Çünki güclü rəqiblə üz-üzə gələcəyik. “Apollon”un heyətində sürətli futbolçular çoxdur. Bu, həmişə təhlükəlidir. Səfər oyununda qeydə alınan hesab (1:1) hələ heç nə demək deyil. Rəqibin oyununu, gücünü görəndən sonra ilk matçdakı nəticə, ümumiyyətlə, arxa plana keçir və bu barədə əsla düşünməməliyik. Rəqib meydanında qollu heç-heçə etməyimiz, nəticə olaraq, əlbəttə, yaxşıdır. Ancaq cavab oyununda hər şey sıfırdan başlayacaq. Bizə lazım olan nəticəni qazanmağa köklənmişik. Məqsədimiz növbəti mərhələyə keçməkdir və bunun üçün əlimizdən gələni edəcəyik”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.