6 avqust 2015 11:45
İlqar Qurbanov: Avropa Liqasına köklənməliyik
"Qarabağ"ın müdafiəçisi İlqar Qurbanov UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Şotlandiya "Seltik"inə qarşı keçirdikləri cavab matçını (0:0, ilk oyun 0:1) şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Pis oynamadıq. Sadəcə, qol çatışmadı. Artıq ikinci ildir ki, Çempionlar Liqasının qrup mərhələsinə yüksəlmək şansımızı boşa veririk. Qazonun vəziyyəti barədə danışmaq belə istəmirəm. Artıq Avropa Liqasına köklənməliyik. Ən azı bu turnirin qrup mərhələsinə vəsiqə qazanmaqla azarkeşlərimizi sevindirməliyik. Öz gücümüzə inanırıq. Şotlandiyadakı ilk oyun da göstərdi ki, biz bu mövsüm avrokuboklarda uğur qazana bilərik".
