6 avqust 2015 00:35
Ronni Deyla Qarabağı təriflədi
Şotlandiyanın "Seltik" klubunun baş məşqçisi Ronni Deyla Azərbaycan çempionu "Qarabağ"ı tərifləyib. Azerisport.az xəbər verir ki, UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində keçirilmiş cavab matçından sonra o, bunları söyləyib:
"Qarabağ" çox yaxşı komandadır. Ona görə də bizə heç də asan olmadı. Artıq Çempionlar Liqasına düşməyə çox ümidliyik. Bir qədər zəif rəqiblə qarşılaşmağımızı istəyərdim. "Qarabağ"ın gələcək rəqiblərimizdən zəif olduğunu deməzdim. Düşünmürəm ki, futbolçularım "Qarabağ"la oyunda qaydaları pozurdulr".
