6 avqust 2015 00:30
Tahir Gözəl: Muaremlə Leroy üçün darıxdım
Azərbaycan çempionu "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Şotlandiya "Seltik"inə qarşı keçirdikləri cavab matçını (0:0, ilk oyun 0:1) şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Leroy Corcla Muarem Muarem üçün darıxdım. "Seltik" səviyyəli komandadır. Bu komanda vaxtilə "Barselona"ya qalib gəlib. Amma "Qarabağ" da göstərdi ki, oynamağı bacarır".
