6 avqust 2015 00:25
Rəşad Sadıqov: Mərhələni hələ ilk oyunda uduzmuşduq
Azərbaycan çempionu "Qarabağ"ın kapitanı Rəşad Sadıqov UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Şotlandiya "Seltik"inə qarşı keçirdikləri cavab matçını (0:0, ilk oyun 0:1) şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu mərhələni biz hələ ilk oyunda uduzmuşduq. Çünki rəqibə qələbə qazanmağa və üstünlük əldə etməyə imkan verdik.
Bu gün künc zərbəsindən qol vura bilərdik. Amma topa dəqiq zərbə endirə bilmədim. Qazonun belə vəziyyətdə olması ilə özümüzə bəraət qazandırmaq istəmirəm. Qol vəziyyətlərindən yararlanmaqla bağlı problemlər var. Hücumla bağlı daha çox çalışmağımız lazımdır".
