Qurban Qurbanov: Zəif oynadığımızı deməzdim
Azərbaycan çempionu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Şotlandiya "Seltik"inə qarşı keçirdikləri cavab matçını (0:0, ilk oyun 0:1) şərh edib. Azerisport.az xəbər verir ki, ağdamlıların çalışdırıcısı bunları söyləyib:
"Çox istəyirdik ki, qələbə qazanaq. Amma alınmadı. Azarkeşlər sağ olsunlar. Hələ Qlazqodakı oyundan sonra azarkeşlərimizin bizi dəstəksiz qoymayacağını demişdim. Elə də oldu. Bu gün 30 min insan bizimləydi. Bu, möhtəşəm dəstək idi. Əfsuslar olsun ki, onları sevindirə bilmədik. Bu oyunu analiz etmək üçün bir neçə gün vaxtımız var. Zəif oynadığımızı deməzdim. Çünki rəqib "Seltik" idi. Futbolçular sağ olsunlar. Onlardan razıyam.Çünki belə meydanda yaxşı oynamaq asan deyildi".
