6 avqust 2015 00:05
Ronni Deyla: Nəticədən razı qaldım
Şotlandiyanın "Seltik" klubunun baş məşqçisi Ronni Deyla UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"a qarşı keçirdikləri cavab matçını (0:0, ilk oyun 1:0) şərh edib. Azerisport.az xəbər verir ki, norveçli mütəxəssis bunları söyləyib:
"Seltik"in futbolçuları mənim istədiyim kimi oynadılar. Bəzi mövqelərdə hətta rəqibi üstələyirdik. Qazon dəhşətli vəziyyətdə idi. Üstəlik, hava da çox istiydi. Nəticədən razıyam. Çünki oyun mənim arzuladığım kimi alındı".
