6 avqust 2015 00:00
Qara Qarayev: Seltikə bu oyunadək simpatiyam var idi
Azərbaycan çempionu "Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Şotlandiya "Seltik"inə qarşı keçirdikləri cavab matçını (0:0, ilk oyun 0:1) şərh edib. Azerisport.az saytına açıqlamasında ağdamlıların futbolçusu bunları söyləyib:
"Qazon bizə istədiyimiz futbolu sərgiləməyə mane oldu. Düzünü deyim ki, "Seltik"in daha səviyyəli oyun sərgiləyəcəyini gözləyirdim. Amma onlar bu gün meydanda futboldan başqa hər şeyi etdilər. Bizi sözlü təxribata çəkirdilər. Səhv ötürmə edən kimi də arxamızca qaçıb gülürdülər. Qəsdən ayağımıza zərbə endirirdilər. Bu oyuna qədər "Seltik"ə simpatiyam var idi. Amma bu oyundan sonra xatirimdə heç də yaxşı qalmayacaqlar".
