5 avqust 2015 21:39
Zaur Svanadze: İnterin azarkeş dəstəyinə ehtiyacı var
"İnter"in baş məşqçisi Zaur Svanadze Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində İspaniyanın "Atletik" klubuna qarşı keçirəcəkləri cavab matçı öncəsi mətbuat konfransına fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Komanda sabahkı oyuna hazırdır. Zədəli və cəzalı futbolçumuzun olmaması sevindiricidir. Rəqibə müqavimət göstərməyə çalışacağıq. Səviyyə fərqinə, ilk oyundakı məğlubiyyətə baxmayaraq, uğur qazanacağımıza ümid var. Oyun başlayan vaxt, axşam saatlarında isti olmur. Azarkeşlərin dəstəyinə ümid bəsləyirik. Onların dəstəyi bizə çox lazımdır".
