5 avqust 2015 21:20

Qriqorçuk: Kiprdə olanlar biabırçılıq idi, həmin olaylar Bakıda təkrarlanmamalıdır

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Kiprin "Apollon" klubuna qarşı cavab oyunu öncəsi mətbuat konfransında fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, ukraynalı mütəxəssis öncə cavab matçının "Apollon"un baş məşqçisi Pedro Emanuelin həmyerliləri - portuqaliyalı hakimlər tərəfindən idarə olunacağına münasibət bildirib:

- Bu, məni ümumiyyətlə narahat etmir. Belə məqamların şərh olunması hətta məni təəccübləndirir. Bu, diletantlıqdır, gülməlidir. 21-ci əsrdə yaşayırıq, bu insanlar isə öz işlərinin peşəkarıdırlar. UEFA ən yaxşı hakimlərə güvənir. Mən portuqaliyalı hakimi tanımıram. Amma bilirəm ki, o, rəqibin baş məşqçisinin həmyerlisi olduğunu düşünməyəcək. O, komandalara, futbolçuların davranışına, öz imicinə baxır.

- Cavab matçından nə gözləyirsiniz?
- Bizi ağır oyun gözlədiyinə əminəm. "Apollon" çox güclü rəqibdir. 1:1 hesabı da hələ heç nədən xəbər vermir. Rəqibin heyətində sürətli və yüksək səviyyəli futbolçular var. Ona görə də rəqib futbolçuları neytrallaşdırmaq barədə düşünməliyik. Daha təşkilatlanmış oyun sərgiləməyə çalışmalıyıq. Ən nəhayət, növbəti mərhələyə necə vəiqə qazanmaq haqda düşünməliyik.

- "Qarabağ" mübarizəni dayandırsa, əsas ümidlər "Qəbələ"yə yönələcək. Bu fakt azərbaycanlı futbolçularınıza nə dərəcədə təsir göstərə bilər?
- Mən futbolçularımın bu haqda düşünməsini istəməzdim. Hər bir təmsilçimizin uğuruna azarkeşlik etməliyik. Əsas ölkənin imicidir. Hamımız birlikdə mərhələ adlasaq, daha yaxşı olar. Avrokubokların qrup mərhələsinə "Qarabağ"la birgə vəsiqə qazanmağımızı istəyərdim. Həm də mənim haqqımda "üç təmsilçisi qrup mərhələsində çıxış edən ölkədə işləyir" deyilməsi mənə də çox xoş olardı.

- Cavid Hüseynov oynayacaq?
- Cavidin oynamasını istəyirəm. O, bizim üçün önəmli fiqurdur. Onun ilk oyundakı davranışına haqq qazandırmayacağam. Amma cəzalandırılmamasına da təəccüblənmərəm. Çünki öncə "Apollon" azarkeşlərinin davranışlarına diqqət yetirilməli idi. Onlar penalti təyin olunan kimi əllərinə keçəni meydana atırdılar. Həmin əşyalardan biri futbolçularımıza dəysəydi, hansısa ölsəydi, necə olacaqdı? Həmin vaxt heç Cavid yada da düşməyəcəkdi. Əgər Hüseynovu cəzalandırsalar, kiprliləri daha sərt cəzalandırmalıdırlar. Sənin ölkənin bayrağını cırırlarsa, yandırırlarsa, futbolçun nə etməlidir? Hüseynovun jesti bütün bu baş verənlərdən sonra oldu. Baxmayaraq ki, onun bu hərəkətinə haqq qazandırmıram.

Larnakada baş verənlər Kipr futbolu üçün biabırçılıq idi. Şəxsən mən orada baş verənlərdən şoka düşmüşdüm. Bizim azarkeşlər onlara onların metodu ilə cavab verməməlidirlər. "Qəbələ" azarkeşlərinə sözüm budur ki, gəlin bizə azarkeşlik edin, meydana heç bir əşya atmayın, başqa ölkələrin bayraqlarına toxunmayın. Mən hər kəsi futbolu belə şeylərdən təmizləməyə çağırıram. Qalan hər şeyə meydanda aydınlıq gətirəcəyik.

- Amma "Qəbələ" azarkeşləri də Tiflis "Dinamo"su ilə oyunda Gürcüstan bayrağını yandırmışdılar...
- Mən belə hallara qarşıyam. Bayrağı yandırmaq olmaz. Futbolu siyasətə qarışdırmaq olmaz. Ancaq futbol - vəssalam! Hər yerdə buna çalışmaq lazımdır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.