5 avqust 2015 19:15

Ernesto Valverde: İnterin Rauf Əliyev kimi təhlükəli futbolçuları var və hər an qol vura bilərlər

Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində "İnter"lə mübarizə aparan İspaniyanın "Atletik" klubunun baş məşqçisi Ernesto Valverde Bakıda keçiriləcək cavab matçı öncəsi bu gün jurnalistlər üçün təşkil olunan mətbuat konfransında fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, öncə bunları söyləyib:

"Meydança ilə tanış oldum. Biz təbii ot örtüklü meydançada oynamağa alışmışıq. Bu stadion isə süni örtüklüdür. Bu gün keçirəcəyimiz son məşqdə əlimizdən gələni edəcəyik ki, futbolçular süni örtüyə alışsınlar. Qazon amilinin komandamın oyununa ciddi təsir edəcəyini düşünmürəm".

Valverde Bakıdakı istilərə də toxunub: "Əlbəttə, hava burada çox istidir. Amma mən bunu səbəb kimi göstərə bilmərəm. Çünki Bilbaoda da havalar isti keçir. Üstəlik, hər iki komanda eyni şərtlər altında oynayacaq".

"İlk oyundan sonra hesabda üstün olsaq da, cavab oyununda bizi çətin mübarizə gözləyir. Ona görə də hələ hər şey qabaqdadır. Bilbaoda başladığımız işi Bakıda davam etdirməliyik. Fikrimcə, rəqibimiz də bu dəfə fərqli oynayacaq. İlk oyunda onlar heç-heçəyə oynasalar da, iki qol buraxdılar. Sabah isə "İnter" qol vurmağa, azarkeşlərini sevindirməyə çalışacaq".

Valverde cavab matçına buraxacağı start heyəti barədə qısa danışıb: "Start heyətin 90 faizi Bilbaoda meydana çıxanlardan ibarət olacaq".

Rəqib komandanın ciddi maliyyə problemlərindən əziyyət çəkməsinə münasibət bildirmək istəməyən "Atletik"in çalışdırıcısı yalnız bunları söyləyib: "Rəqibin problemləri barədə düşünmürük. Sabah istənilən halda ehtiyatlı oynmalıyıq. "İnter"in təhlükəli futbolçuları var. Məsələn, Rauf Əliyev istənilən vaxt qol vura bilər".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.