5 avqust 2015 18:45

Böyükağa Hacıyev: Qarabağın erkən qol vurması vacibdir

"Neftçi"nin sabiq çalışdırıcısı Böyükağa Hacıyev Azərbaycan klublarının avrokuboklardakı şanslarını qiymətləndirib. Azerisport.az saytına açıqlamasında o, UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində Şotlandiyanın "Seltik" klubu ilə mübarizə aparan və ilk oyunda 0:1 hesabıyla uduzan "Qarabağ"a inandığını deyib:

"Azərbaycan çempionunun işi asan olmayacaq. Bununla belə Qurban Qurbanovun komandasına inanıram. Bakıda Şotlandiya təmsilçisinə qarşı layiqli mübarizə aparmaq mümkündür. Sözsüz ki, pley-offa yüksəlmək şansları var. Bunun üçün erkən qol vurmaq vacibdir. "Qarabağ" heyətin əksər futbolçularını qoruyub, üstəlik yeni transferlərlə güclənib. Ona görə komandanın uğur qazanacağına ümid edirəm. Azərkeşlərin dəstəyi komandaya əlavə güc verəcək".

Avropa Liqasının üçüncü təsnifat mərhələsində Kipr "Apollon"u ilə qarşılaşan "Qəbələ"yə gəlincə Böyükağa Hacıyev Roman Qriqorçukun komandasının evdə daha inamlı oynamağa məcbur olduğunu deyib: "Səfərdə 1:1 hesabı əla fürsətdir. Komandamız evdə daha inamlı oynamalıdır. Rəqibə sözümüzü oyunla deməliyik. Başqa heç bir şeyə ehtiyac yoxdur. Sözsüz ki, Kipr azarkeşlərinin çılğınlığı bizə məlumdur. Onlara ən yaxşı cavab qələbə olacaq".

İspaniyanın "Atletik" klubunu qəbul edəcək "İnter" barədə danışan Hacıyev "bankirlər"in cari mövsüm maksimum nəticə göstərdiklərini bildirib: "Maliyyə probleminə baxmayaraq, "İnter" iki mərhələ keçdi. Ona görə komandaya təşəkkür düşür. İspanlara qarşı paytaxt təmsilçisindən layiqli oyun gözləyirəm".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.